AZ

ARDNF investisiya portfelində daşınmaz əmlakın payını artırıb

Bu ilin iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində istiqrazlar və digər pul bazarı alətlərinin xüsusi çəkisi 38,9 % təşkil edib.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Bu, 2024-cü ilin birinci yarım ilinə olan dövrlə müqayisədə 14,4 faiz bəndi azdır.

Əvəzində ARDNF-nin investisiya portfelində səhmlərin payı 25,9 %-dan 25,7 %-ə azalıb.

Qızılın payı 14,8 %-dən 28,8 %-ə, daşınmaz əmlakın payı isə 6 %-dan 6,7 %-dək artıb.

Qeyd edək ki, iyulun 1-nə ARDNF-nin investisiya portfelinin dəyəri 66 milyard 515,2 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin iyulun 1-i ilə müqayisədə 8 milyard 583,7 milyon ABŞ dolları və ya 14,8 % çoxdur.

phrase_var_article.chosen
24
report.az

1phrase_var_article.sources