Joao Feliks yenidən "Benfika"ya qayıdacaq.

Offsideplus.az xəbər verir ki, Lissabon təmsilçisi portuqaliyalı futbolçu üçün "Çelsi"yə 25 milyon avro ödəyəcək. "Benfika" bu məbləği ödəyərək oyunçunun yalnız 50 faizinə sahib olub. Onlar Feliksi satarsa, qazanacağı məbləğin yarısını "zadəganlar"a ödəməli olacaq.

Bu barədə "Record Portugal" məlumat yayıb.

Feliks daha əvvəl 2015-19-cu illər arasında "qartallar"da çıxış edib. "Benfika" onu 2019-cu ildə 126 milyon avroya "Atletiko"ya satmışdı.