AZ

Çindən ABŞ-nin YUNESKO-dan çıxmasına MÜNASİBƏT

“Çin səlahiyyətliləri ABŞ-nin YUNESKO-dan çıxmasını uyğun olmayan davranış hesab edir”.

Bakues.az “Sinxua”ya istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun deyib.

O, bildirib ki, Vaşinqton üçüncü dəfədir təşkilatı tərk edir və həmçinin töhfələr üzrə uzunmüddətli borcları var:

“Bu, məsuliyyətli böyük dövlətin davranışı deyil. YUNESKO-nun məqsədi təhsil, elm və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək, sivilizasiyalar arasında qarşılıqlı anlaşma və yaxınlaşmanı gücləndirmək, dünyada sülhü qorumaq və universal inkişafa nail olmaqdır”.

Asim

Seçilən
60
icma.az

1Mənbələr