AZ

Suriya Türkiyədən hərbi yardım istəyib

Hurriyyet.az xəbər verir ki, Suriya Türkiyədən yardım istəyib.

Suriyanın yeni hökuməti müdafiə qabiliyyətini möhkəmləndirmək və terrorçuluqla, o cümlədən, İŞİD qruplaşması ilə mübarizəni gücləndirmək üçün Türkiyədən yardım istəyib.

Bu barədə TRT Haber telekanalı Türkiyənin Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat verib.

Mənbə bildirib: "Suriya administrasiyası müdafiə qabiliyətinin möhkəmləndirilməsi və İŞİD başda olmaqla, terror təşkilatları ilə mübarizəni gücləndirmək üçün rəsmi şəkildə Türkiyədən rəsmi yardım istəyib. Biz Suriyanın müdafiə qabiliyyətini gücləndirmək üçün səy göstərməyə davam edirik".

Hürr Tərcüman

Seçilən
83
1
hurriyyet.az

2Mənbələr