BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Donald Trump öz sosial media hesabında İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşıb.
Bu çıxışında Azərbaycan Prezidenti onu tərifləyir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
İlham Əliyev deyir ki, Trump "müharibələrə başlamamış yeganə ABŞ Prezidenti"dir və Azərbaycanla "eyni ailə dəyərlərini paylaşır".
Əliyevə görə, Trump "müharibələrə qısa müddətdə son qoyan bir adamdır".
O deyib ki, Azərbaycana və Ermənistana razılığa gəlməyə kömək etmək səylərinə görə Trump-a çox minnətdardı.
Trump Əliyevin çıxışını hər hansı şərh vermədən paylaşıb.
İlham Əliyev onun çıxışını paylaşdığı üçün Trump-a təşəkkür edib və öz növbəsində Tramp-ın onun videosunu paylaşdığı statusunu paylaşıb.
Azərbaycan Prezidenti X hesabında vurğulayıb ki, Trump-ın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edir.
Video açılmırsa, Youtube kanalımızda izləyin.