ABŞ-ın "İnter Mayami" klubu tarixində ən yüksək məbləğə baş tutacaq transferə hazırlaşır.
90deqiqe.Az-ın məlumatına görə, Madridin "Atletiko" klubunun 31 yaşlı yarımmüdafiəçisi Rodriqo de Paul "çaplılar"ın heyətinə qatılacaq. Transfer artıq tamamlanıb.
Madrid təmsilçisi dünya çempionu olan futbolçunun satışından 15 milyon avro gəlir əldə edəcək. Bu, "İnter Mayami" tarixində ən böyük transferdir. Klubun əvvəlki rekordunu 2020-ci ilin əvvəlində Meksikanın "Monterrey" klubundan 11 milyon avroya transfer etdiyi Rodolfo Pisarro müəyyən etmişdi.
Rodriqo de Paul ilə "İnter Mayami" arasında dörd illik müqavilə imzalanacaq. Transferin rəsmi təsdiqi yaxın günlərdə veriləcək.