AZ

Sənədsiz evlərlə bağlı yeni qayda: Deputatdan AÇIQLAMA

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, vətəndaşın təqdim etdiyi sənədlərlə dövlət torpaq kadastrındakı məlumatlar uyğun gəlmədikdə, qeydiyyat orqanı 15 iş günü ərzində araşdırma aparacaq.

QHT.az xəbər verir ki, bu barədə depuata Vüqar Bayramov məlumt verib. Onun sözlərinə görə, əgər təqdim olunan sənədlərin doğruluğu təsdiqlənərsə, əmlak qeydiyyata alınacaq və dövlət bazasında düzəliş ediləcək:

"Bu dəyişikliklər sənədsiz evlərin rəsmiləşdirilməsini asanlaşdıracaq və mülkiyyət hüquqlarının tanınmasına töhfə verəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
106
qht.az

1Mənbələr