Bakı.Trend:
Çimərlik zonalarında azyaşlıların nəzarətsiz buraxılması qətiyolverilməzdir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlaramüraciətində bildirilib.
Qeyd edilib ki, hazırda müşahidə olunan qızmar yay günlərindəinsanların çimərliklərə və istirahət zonalarına kütləvi axınımüşahidə olunur. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşlarınınçimərlik və istirahət məkanlarında fasiləsiz xidməti davametdirilir. Sıxlıq müşahidə edilən ərazilərdə, xüsusilə azyaşlılarıntəhlükəsizliyini təmin etmək diqqət mərkəzində saxlanılır.
"Valideynlərə müraciət edərək bildiririk ki, azyaşlılar üzərindəani nəzarətsizlik böyük faciə ilə nəticələnə bilər. Xüsusən,çimərlik zonalarında azyaşlıların nəzarətsiz buraxılması qətiyolverilməzdir. İstirahət zonalarında qarşılaşdığınız xoşagəlməzhallar barədə isə dərhal yaxınlıqda xidmət aparan polisnaryadlarına məlumat verə bilərsiniz. Burada əsas məqsəd ictimaiasayişi qorumaq və insanların istirahətini təhlükəsiz şəraitdəkeçirməsini təmin etməkdir", - müraciətdə qeyd edilib.