AZ

“Atamın adına iki küçə var, mahnılarını oxuyanlardan ona görə heç nə tələb etmirik ki...” - FOTO + ÖZƏL

“Bu gün atamın doğum günüdür. Yaşasaydı 75 yaşını qeyd edəcəkdi. Çox sevinirəm ki, onu nə tamaşaçılar, nə də dövlətimiz yaddan çıxarır. Azərbaycan Musiqi Mədəniyyəti muzeyində Mədəniyyət Nazirliyi tərəfindən Məmmədbağır Bağırzadənin guşəsi yaradılıb. Dövlət tərəfindən Mərdəkan və Maştağa kəndlərində adına iki küçə verilib. Beynəlxalq Muğam Mərkəzində atamın 75 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirildi. Büstü də hazırlanıb. Bundan başqa Nardaranda da xatirə gecəsi təşkil olundu. Tədbirdə atamın tələbələri və digər sənət dostları iştirak etdilər. Onların hamısına təşəkkür edirəm”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, mərhum sənətkar Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə deyib. O, daha sonra atasının mahnılarına müraciət edən ifaçılardan danışıb:

“O ifaçıların hamısından çox razıyıq. Bir neçə gün öncə Dana Durdana adında bir müğənni var. O mənə zəng vurub dedi ki, atanızın “Bağban” mahnısını oxumaq istəyirəm. Bizim heç kimə etirazımız yoxdur. Onlardan xahiş edirik ki, oxuyanda müəllifin kim olduğunu qeyd edin. Gələcək nəsillər bilməlidir ki, bu mahnılar kimindir.

Mən bəzən çətinliklərlə üzləşirəm.. Atamın mahnıları o vaxt anonim yazıldığı üçün bu gün bəzi millətlərə sübut etmək çətindir ki, bu mahnılar bizimdir. Düzdür, sağ olsunlar tiktokda artıq musiqimizin təbliğatını aparırlar. Faktlarla ortalığa qoyurlar ki, siz indi oxumusuz, amma Məmmədbağır Bağırzadə 1980-ci ildə bu mahnıya müraciət edib. Bizim bu gün heç kimdən nəsə tələb etməməyimizin ən başlıca səbəbi budur ki, mahnılar gələcək nəsillərə gedib çatsın, yaşadılsın. Mən çox sevinirəm ki, atamın mahnılarını fərqli janrlarda ifa edirlər. Yeni nəsəf və aranjimanla oxuyurlar” deyə o bildirib.

Seçilən
47
moderator.az

1Mənbələr