"Abşeron Lions" basketbol klubunun avrokuboklarda ilk rəqibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Avropa Kubokunun I təsnifat mərhələsində Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq. 

Görüşlər ev-səfər olmaqla iki oyundan ibarət olacaq. Qarşılaşmalar sentyabrın 24-ü və oktyabrın 1-də oynanılacaq.

Qeyd edək ki, "Abşeron Lions" son mövsümdə Azərbaycan çempionatını 4-cü yerdə bitirib.