AZ

Azərbaycanın İranla ticarəti 300 milyon dollara çatır

Bu ilin birinci yarısında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 299 milyon dollar təşkil edib.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları müqayisədə 3% çoxdur.

Hesabat dövründə İrandan Azərbaycana 292,7 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 6,3 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycanla İran arasında ticarət dövriyyəsinin dəyəri 290,7 milyon dollar təşkil edib.

 

Gözəl Azadəliyeva

Seçilən
34
operativmedia.az

1Mənbələr