Çinin “Air China” aviaşirkəti ilk dəfə olaraq Urumçi ilə Daşkənd arasında müntəzəm uçuşlara başlayıb.
Hafta.az-ın yazdığına görə, Urumçidən qalxan ilk təyyarə dünən Daşkəndə enib. Boeing-737 təyyarəsi ilə gələn ekipaj və sərnişinlər ənənəvi olaraq su qövsü və gül-çiçək dəstələri ilə qarşılanıb.
"Komandamız üçün bu əlamətdar hadisədir - beynəlxalq aviasiyanın liderlərindən birinin yeni təyinat məntəqəsi ilə qarşılaşması. Əminəm ki, Urumçi-Daşkənd reysi marşrutlar şəbəkəsində layiqli yer tutacaq və ölkələrimiz arasında iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün etibarlı körpü olacaq", - Özbəkistan Hava Limanlarına Xidmətin direktoru Timur Xəlilov bildirib.
“Air China” aviaşirkətinin Urumçi-Daşkənd-Urumçi marşrutu üzrə reysləri həftədə üç dəfə: çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.