AZ

İlkin Süleymanovun vəkili Ali Məhkəmədən müsbət qərar gözləyir

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Ümid edirəm ki, Ali Məhkəmə İlkin Süleymanovla bağlı ədalətli qərar verəcək. Onun bu sonuncu prosesdə azadlığa çıxacağını gözləyirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib.  

Vəkil İlkin Süleymanovun bu cinayətlə heç bir əlaqəsinin olmadığını bildirib:

"Biz kassasiya şikayəti vermişik. Şikayətdə onun günahsız olduğunu əsaslandırmışıq. Ali Məhkəmə baxıb nə qərar verəcək, bunu zaman göstərəcək. Biz müsbət qərar gözləyirik. İlkin Süleymanovun bu cinayətlə heç bir əlaqəsi yoxdur. Ümid edirik ki, Ali Məhkəmə müsbət qərar verəcək".

Qeyd edək ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb. 

İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bahar Rüstəmli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

phrase_var_article.chosen
15
1
qaynarinfo.az

2phrase_var_article.sources