AZ

Ukraynanümayəndəsiİstanbula yola düşdü

Ajans.az  xəbər verir ki,Ukrayna nümayəndə heyəti Rusiyayla danışıqlar aparmaq üçün Türkiyənin İstanbul şəhərinə yola düşüb. Bu barədə “Obşçestvennoye” nəşri ölkə prezidentinin ofisindəki mənbəyə istinadən məlumat verib. Bildirilib ki, nümayəndə heyətinin rəhbəri vəzifəsini yenə də Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi, keçmiş müdafiə naziri Rustem Umerov icra edəcək.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar qrupuna Umerovun rəhbərlik edəcəyini təsdiqləmişdi. O həmçinin bildirmişdi ki, nümayəndə heyətinin tərkibinə kəşfiyyat, xarici işlər nazirliyi və prezident administrasiyasının nümayəndələri də daxil olacaq.

Seçilən
36
Ajans.az

1Mənbələr