AZ

Trampdan 550 milyard dollarlıq RAZILAŞMA

ABŞ-ın sabiq prezidenti Donald Tramp Yaponiyayla 550 milyard dollarlıq iqtisadi razılaşma imzalandığını elan edib. Tramp Truth Social platformasında paylaşdığı açıqlamada bu razılaşmanı “bəlkə də bu günə qədər bağlanmış ən böyük saziş” adlandırıb.

News24.az CNN Türk-ə istinadən xəbər verir ki, Yaponiya ABŞ-a iri həcmli sərmayə yatıracaq və gəlirin 90 faizi ABŞ-a çatacaq. Bu razılaşma yüz minlərlə yeni iş yerinin yaradılmasına səbəb olacaq.

Tramp bildirib ki, Yaponiya ABŞ bazarını avtomobil, pikap, düyü və digər kənd təsərrüfatı məhsulları üçün açacaq. Qarşılıqlı olaraq, Yaponiyaya 15 faiz gömrük rüsumu tətbiq ediləcək.

Digər yandan, Tramp həm Yaponiyaya, həm də Kanadaya avqustun 1-dən etibarən əlavə tariflər tətbiq ediləcəyini bəyan edib. Kanada Baş naziri Mark Carney isə bu mövzuda “pis bir sazişi qəbul etməyəcəyik” açıqlaması ilə çıxış edib.

ABŞ-ın Avropa və digər tərəfdaşlarla da ticarət mübahisələri davam edir. Trampın bu sərt tarif siyasəti isə müttəfiqlər arasında narahatlıq doğurur.

Xeyrənsə Piriyeva

Seçilən
29
news24.az

1Mənbələr