Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindənadam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə, öldürməklə hədələmə,qəsdən sağlamlığa ağır zərər vurma və seksual xarakterli zorakılıqhərəkətləri törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elanedilmiş 1985-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşıZhanbolat Serikov cari ilin yanvar ayında ölkəmizdə müəyyənedilərək, Baş Prokurorluğun vəsatətinə əsasən barəsində həbsqətimkan tədbiri seçilmişdir.
Baş Prokurorluq tərəfindən Birləşmiş Ərəb Əmirliklərininsəlahiyyətli orqanlarının ekstradisiyaya dair vəsatəti həm birinci,həm apellyasiya, həm də kassasiya instansiyalarında müdafiəedilmişdir.
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındaqüvvədə olan ekstradisiya haqqında müqaviləyə əsasən, Bakı AğırCinayətlər Məhkəməsininin qərarına uyğun olaraq Zhanbolat SerikovƏdliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyununmüşayiəti ilə adıçəkilən ölkənin hüquq-mühafizə orqanlarına təhvilverilmişdir.