AZ

Sırsky: “Ukrayna ordusu Pokrovskda işğalçıları bir ildir dayandırır”

2024-cü ilin yayında Qərb hərbi analitikləri Donbasın strateji şəhəri olan Pokrovskun yaxın zamanda Rusiya ordusu tərəfindən ələ keçiriləcəyini proqnozlaşdırırdılar.

Lakin bu baş vermədi – şəhər hələ də Ukrayna ordusunun nəzarətindədir.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırsky “The Washington Post”a verdiyi müsahibədə bildirib ki, Pokrovsk artıq bir ildən çoxdur ki, Rusiya qoşunlarının intensiv hücumlarına qarşı dayanır.

Sırskinin sözlərinə görə, şəhərin müdafiəsi ukraynalı hərbçilərin əzmkarlığı və öncədən qurulmuş maneələr – xüsusilə də minalanmış sahələr sayəsində mümkün olub. Onun məlumatına əsasən, bu maneələr nəticəsində Rusiya hərbi texnikasının təxminən 30%-i məhv edilib.

//Samir Qurbanov, Editor.az

phrase_var_article.chosen
3
editor.az

1phrase_var_article.sources