"Neftçi"dən ayrılan Rəhman Hacıyev karyerasını I Liqada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu "Səbail"lə razılığa gəlib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
R. Hacıyev 2015-ci ildən "Neftçi"də çıxış edirdi. O, Bakı klubundan 2 dəfə icarəyə də göndərilib.
Azərbaycan yığmasının sabiq üzvü "ağ-qaralar"ın heyətində 233 oyunda 24 qol vurub və 22 məhsuldar ötürmə edib.