6 ay ərzində Neft Fondunun valyuta satışı 3,7 milyard dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında deyib:
"Bu planın 44%-i deməkdir. 2022-2024-cü illərin orta rəqəmi 53% təşkil edib. Göründüyü kimi tələb azalıb. İlin yarısı geridədir və Neft Fondu ilin sonuna qədər planı 56% icra etməlidir".