AZ

Zəngəzur dəhlizinin açılması təkcə Paşinyandan yox, bunlardan asılıdır - Komitə sədri

“Ənənəvi keçirilən Şuşa Qlobal Media Forumu təkcə Azərbaycanda və Cənubi Qafqazda deyil, bütövlükdə  beynəlxalq aləmdə baş verən proseslərə cavab axtarmaq baxımdan  ciddi bir platformaya çevrilib.  Xankəndidə cənab Prezident  İlham Əliyevin, yerli və xarici media təmsilçilərinin  iştirakı ilə keçirilən III Şuşa Qlobal Media Forumunun nəticələri və beynəlxalq miqyasda ciddi rezonansa səbəb olması dediklərimizin bariz nümunəsidir. III Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev  media nümayəndələrinin   Azərbaycan, bölgə və dünyada baş verən proseslərlə  bağlı suallarını   aydın sərrast cavablandırmaqla bir ustad dərsi keçmiş oldu”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev  deyib.

Komitə sədri bildirib ki, Forumda əsas  məqamlardan biri  cənab Prezidentin ABŞ-ın dünyada  və Cənubi Qafqazda baş verən proseslərə  münasibəti, Rusiya-Azərbaycan münasibətlərə, eyni zamanda  siyasi, iqtisadi və müdafiə xarakterli məsələlərə aydınlıq  gətirməsi idi. “Təbii ki, Forumda əsas  məsələlərdən biri də cənab Prezidentin Ermənistan-Azərbaycan arasında  Əbu-Dabidə keçirilən görüşün yekunları ilə bağlı məsələlərəa aydınlıq gətirməsi idi.  Ermənistan tərəfi keçirilən görüşdə sülh sazişi ilə bağlı müdəalara şifahi razılıq versə də, təəssüf ki,  dayanıqlı sülhün əldə olunması  istiqamətində Konstitusiyaya dəyişiklik etməsi və ATƏT-in Minsk qrupunun  buraxilması istiqamətdə ciddi addımlar atmır. Ermənistan-Azərbaycan arasında ən ciddi müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi məsələsidir. Artıq Zəngəzur dəhlizinin  ABŞ tərəfindən idarəçiliyə götürülməsi istiqamətində hər iki dövlətin  atdığı müəyyən məqamlar mövcuddur. Çünki  2020-ci ildən bəri  davam edən sülh danışıqlarında əsas tələblərdən biri Zəngəzur dəhlizinin açılmasıdır.  Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın Naxçıvanla maneəsiz quru əlaqəsinin qurulması deyil, eyni zamanda Türk dünyasını birləşdirən, həmçinin Şərqdən Qərbə  yüklərin daşınmasını, əlaqənin yaradılmasını təmin edəcək mühüm əhəmiyyət kəsb edən qlobal səviyyəli  logistik bir yoldur”, - deputat qeyd edib.

Komitə sədri  təəssüflə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması təkcə Ermənistanın baş naziri Nikol Paşinyandan asılı deyil, burada qlobal oyunçulardan, xüsusən də Rusiya və İrandan asılıdır. “Təəssüflər olsun ki, İran və Rusiya dəhlizin açılmasınd amaraqlı görünmür.  İran,  həm də  ABŞ-ın regiona gəlməsini istəmədiyindən buna qarşı çıxır. Amma Zəngəzur dəhlizinin açılmasının Rusiya və İranın maraqlarına uyğundur. Ona görə də onlar da dəhlizin açılmasında maraqlı olmalıdır. Çünki  sanksiyalar  atlında olan Rusiya bu yol vasitəsi ilə yükdaşımasını təmin etməklə üzləşdiyi çətin vəziyyətdən çıxa bilər.  O baxımdan Zəngəzur dəhlizinin  açılması təkcə Nikol Paşinyanda asılı deyil, həm də beynəlxalq və  böyük güclərdən asılıdır”.
 Deputat hesab edir ki, Zəngəzur dəhlizi də açılarsa, o zaman Azərbaycan bölgədə  nəqliyyat, tranzit yükdaşımasında  qlobal operator rolunu oynaya bilər. “Bu da  cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, hədəflərə xidmət edən siyasəti nəticəsində Azərbaycanın siyasi, iqtisadi, hərbi cəhətdən  gücə malik olmasının dünya tərəfindən tanınması deməkdir”, - o vurğulayıb.

Mürtəza

Seçilən
22
1
olke.az

2Mənbələr