AZ

“Arsenal”ın bu futbolçusu paltardəyişmə otağına buraxılmayacaq: Görün səbəb nədir

"Arsenal" Premyer Liqanın yeni mövsümünün başlamasına bir neçə həftə qalmış Sinqapur və Honq-Konqa mövsümöncəsi turneyə yollanır.

Publika.az xəbər verir ki, Mikel Artetanın açıqladığı heyətdə paltardəyişmə otağına giriş qadağası ilə üzləşə biləcək biri var.

İspan uzun müddətdir ki, "böyük istedad" adlandırdığı Maks Dumanı da heyətə cəlb edib. Ona 56 nömrəli forma verilib və hətta növbəti mövsüm üçün heyətə cəlb olunacağına eyham vurulub. 15 yaşlı Maks bir müddətdir ki, əsas komandanın heyətində məşq edir.

Əgər Dauman Premyer Liqanın yeni mövsümündə şansı əldə etsə, onun paltardəyişmə otağına girməsi qadağan olunacaq. Çünki Futbol Assosiasiyasının qaydaları 18 yaşına çatmamış oyunçuları uşaq hesab edir və onların böyüklərlə bir otaqda paltar dəyişməsinə icazə yoxdur. Maraqlıdır ki, "Arsenal"da əvvəllər də oxşar təcrübə olub. Nvaneri də yetkinlik yaşına çatana qədər paltardəyişmə otağından kənarda saxlanılıb. O, paltarımı başqa yerdə dəyişməli olurdu.

phrase_var_article.chosen
7
publika.az

1phrase_var_article.sources