Polşa vətəndaşlarına Rusiyanın ərazisini mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Bakues.az “InterPress.ge”yə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu qərar Ukraynadakı müharibə və Rusiya rəhbərliyi tərəfindən Polşanın düşmən dövlət elan olunması fonunda qəbul olunub.
“Xarici İşlər Nazirliyi Rusiyaya istənilən növ səfərin əleyhinə tövsiyə verir. Rusiya ərazisində olan Polşa vətəndaşlarının şəxsi, ailəvi və ya peşəkar vəziyyəti bunu tələb etmirsə, ölkəni tərk etməyi məsləhət görürük”, – bəyanatda qeyd olunub.