"Arsenal"ın yeni transferi Viktor Dyökereş tibbi baxışdan keçdikdən sonra komandaya qoşulmaq üçün Sinqapura uçacaq.
Offsideplus.az xəbər verir ki, "topçular" nəhayət, bu keçiddə xoşbəxt sona yaxınlaşıb və "Sportinq"lə razılığa gəlib.
Bu barədə "Independent" məlumat yayıb.
London klubu isveçli hücumçu üçün Lissabon təmsilçisinə bonuslarla birlikdə 73.5 milyon avro ödəyəcək.
Dyökereş yay "transfer pəncərəsi"nin əvvəlindən bəri yalnız "Arsenal"a qoşulmaq istəyirdi. O, buna görə bir neçə dəfə "Mançester Yunayted"in təklifini rədd edib.