AZ

Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...


Mətləb Salahov: “Ağ Ev Sülh Müqaviləsinin reallaşmasına indi əvvəlkindən daha çox istəkli görünür”

“Prezident İlham Əliyevin Şuşada keçirilən Media Forumunda ABŞ Prezidenti Donald Tramp barədə dedikləri, onun fəaliyyətini yüksək qiymətləndirməsi, bunun ardınca Ağ Ev sahibinin Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün əla imkanın yarandığı barədə açıqlaması Cənubi Qafqaz üçün yeni dönəmin başlayacağına işarədir. Çünki Qərbmeylli Nikol Paşinyan hakimiyyətinin ABŞ rəhbərinin siyasi kursuna ağız büzəcəyi qətiyyən mümkün deyil. N.Paşinyan da bu prosesdən daxili siyasətdə faydalanmağa, ona düşmən kəsilən revanşistləri Ermənistan siyasətindən birdəfəlik “təmizləməyə” və qarşıdakı seçkilərə qədər Sülh Sazişinin imzalanmasına çalışır.” Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, açıq görünür ki, hazırkı ABŞ Administrasiyası Azərbaycan və Ermənistan arasında Sülh Müqaviləsinin bağlanması üçün real imkanları işə salmağa hazırlaşır.
“Ağ Ev Sülh Müqaviləsinin reallaşmasına indi əvvəlkindən daha çox istəkli görünür. Xüsusilə Vaşinqtonda Ermənistanın Türkiyə və Azərbaycanla əməkdaşlığının qurulması, rəsmi Ankara vasitəsilə bölgədəki proseslərin ABŞ-ın “dirijorluğu” ilə formalaşdırılması üçün düşünürlər. Bu elə bil vaxtda baş verir ki, artıq D.Trampın dəfələrlə onu aldadan, Ukrayna müharibəsində ABŞ rəhbərinin istəklərinə qarşı çıxan Vladimir Putinə zərrəcə qədər də inamı qalmayıb. Bu fakt, ABŞ-ın Cənubi Qafqaz siyasətində Türkiyə ilə birgə hərəkətllyini şərtləndirir.

Amma ən əsas məsələ, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Forumunda dediyi ki, keçmiş Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu maddələrinin silinib atılmasıdır. Yəni görünən odur ki, Sülh Müqaviləsini imzalamağa hazır olduğunu deyən N.Paşinyan hakimiyyəti ilk əvvəl Ermənistan Konstitusiyasına “əl gəzdirməli” olacaq. Çünki bu Azərbaycanla normal münasibətlər qurmaq, Sülh Müqaviləsi imzalamaq və bununla da Ermənistanın bölgədəki mühüm iqtisadi layihələrə qoşulmasına yaşıl işıq yandırması üçün ən mühüm şərtdir”.

Namiq Quliyev

phrase_var_article.chosen
14
2
baki-xeber.com

3phrase_var_article.sources