AZ

Məlum olub ki, Covid 19 beyni qocaldır

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Alimlər Covid-19 pandemiyasının yaratdığı qeyri-müəyyənliyin və uzunmüddətli təcridin beyin sağlamlığına ciddi təsir göstərdiyini bildiriblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nottingem Universiteti tərəfindən aparılan araşdırmada 15 334 sağlam insanın məlumatları əsasında hazırlanmış beyin yaşlanması modelindən istifadə edilib. Bu model 996 sağlam insanın beyin skanına tətbiq edilib. İştirakçıların yarısında pandemiyadan əvvəl, digər yarısında isə həm pandemiyadan əvvəl, həm də sonra skan edilib.

Araşdırmaya görə, pandemiya zamanı insanların beyni orta hesabla beş ay yarım daha sürətli qocalıb. Bəzi fərdlərdə bu fərq 20 aya çatırdı. Bu sürətlənmiş qocalma, onların COVID-19-a yoluxmalarından asılı olmayaraq müşahidə edildi.

Bununla belə, daha əvvəl infeksiya keçirmiş şəxslərdə beyin yaşlanmasının yaşla birlikdə sürətləndiyi aşkar edilmişdir. Bundan əlavə, kişilərdə və sosial cəhətdən zəif qruplarda beyin qocalması daha qabarıq idi.

Daily Mail-in məlumatına görə, iştirakçıların bilişsel performansını qiymətləndirmək üçün aparılan testlər, xüsusilə Covid-19 olanlarda zehni elastikliyin və emal sürətinin azaldığını göstərdi.

Doktor Əli-Reza Məhəmmədi-Nejad Nature Communications jurnalına deyib: “Məni ən çox təəccübləndirən, hətta COVID-i olmayan insanlarda belə beyin qocalmasının əhəmiyyətli dərəcədə sürətlənməsi idi. Bu, pandemiya təcrübəsinin beyin sağlamlığımıza nə qədər təsir etdiyini göstərir”deyib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
icma.az

1Mənbələr