2025-ci il iyun ayının 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60 031,4 milyon ABŞ dolları) nisbətən 10,8 faiz artaraq 66 515,6 milyon dollar təşkil edib.
Fondun məlumatına görə, 2025-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 8 833,0 milyon manat, büdcə xərcləri isə 7 278,6 milyon manat olub.
Hesabat dövründə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 743,2 milyon manat olub, o cümlədən:
- mənfəət neftinin və qazın satışından - 4 974,3 milyon manat;
- bonus ödənişləri və tranzit gəlirləri - 765,3 milyon manat;
- akrhesabı ödənişlər - 3,6 milyon manat.
Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 427,3 milyon manat, “Şahdəni”z yatağından (qaz və kondensat) isə 423,3 milyon manat məbləğində vəsait daxil olub.
Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 089,8 mln manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 9 468,7 milyon manat olub.
Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 240,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.