Parataekvondo üzrə ikiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı və Yay Paralimpiya Oyunlarının ikiqat iştirakçısı Əbülfəz Abuzərli idmançı karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, o, bundan sonra fəaliyyətini parataekvondo üzrə Azərbaycan milli komandasında köməkçi-məşqçi kimi davam etdirəcək.
33 yaşlı sabiq paralimpiyaçı artıq yeni vəzifəsində ilk səfərə yollanıb.
Ə.Abuzərli yığmanın baş məşqçisi Fərid Tağızadə ilə birgə Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etmək üçün hazırda Türkiyənin İstanbul şəhərindədir.