AZ

"Amazon" 7 milyon dollar investisiya alan "Bee" startapını satın alır

"Amazon" şirkəti süni intellekt texnologiyalı geyilə bilən cihazlar hazırlayan "Bee" startapını satın almağa razılaşıb.

Valyuta.az xəbər verir ki, bu barədə məlumatı "Bee"nin həmtəsisçisi Mariya de Lourdes Zollo "LinkedIn" paylaşımında təsdiqləyib.

"Amazon" da alqını təsdiqləyib, lakin razılaşmanın hələ yekunlaşmadığını bildirib.

Ötən il 7 milyon dollar investisiya cəlb etmiş "Bee" həm "Fitbit"ə bənzər müstəqil qolbaq (satış qiyməti 49,99 dollar, aylıq abunə haqqı isə 19 dollar), həm də "Apple Watch" üçün tətbiq təqdim edir. Bu məhsul səssiz rejimə alınmadığı halda ətrafda eşidilən səsləri qeydə alır və söhbətlər əsasında yaddaş qeydləri və görüləcək iş siyahısı yaradır.

Mayya Hüseynova

Seçilən
58
valyuta.az

1Mənbələr