AZ

ABŞ da opera teatrının Melaniya Trampın adının verilməsi təklif edildi

Qaynarinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının üzvləri Vaşinqtondakı Con Kennedi adına İcraçı İncəsənət Mərkəzinin bir hissəsinin - opera teatrının - birinci xanım Melaniya Trampın şərəfinə adlandırılmasını təklif ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Bu təşəbbüs İdaho ştatından olan konqresmen Mayk Simpson tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, Kennedi Mərkəzində yerləşən opera teatrına Melaniya Trampın adının verilməsi birinci xanımın incəsənətə sevgisini və dəstəyini qiymətləndirməyin gözəl yoludur. 

Qeyd edək ki, Melaniya Tramp mərkəzin Himayədarlar Şurasının fəxri sədri kimi çıxış edir.

Simpsonun rəhbərlik etdiyi Nümayəndələr Palatasının alt komitəsi, Kennedi Mərkəzinin əsaslı təmiri, istismarı və texniki baxışı üçün ayrılan federal vəsaitlərə nəzarət edir. Mərkəz üç əsas teatrdan ibarətdir.

Digər tərəfdən, İdaho ştatından olan Respublikaçılar Partiyasının nümayəndəsi Leksi Hemel bildirib ki, prezident Donald Tramp partiya üzvlərindən bu təşəbbüsü irəli sürməyi xahiş etməyib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

phrase_var_article.chosen
16
qaynarinfo.az

1phrase_var_article.sources