Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 8,8 milyard manat, xərcləri isə 7,3 milyard manat təşkil edib.
Bu barədə "Operativ Media" Fonda istinadən xəbər verir.
Məlumata görə, qızıl alışlarının davam etməsi və qiymət artımı nəticəsində qızılın portfeldə çəkisi 28,8% olub. Bu keçən rüblə müqayisədə 3% daha çoxdur. İkinci rüb ərzində ARDNF tərəfindən 15,8 ton qızıl alınıb.