İyulun 22-də "Traxtur" komandası Türkiyənin "Gənclər birliyi" ilə dostluq görüşü keçirib.
Gunaz.tv
Bu haqda "Traxtur" Klubunun sosial media hesabında paylaşım edilib.
Türkiyə vaxtilə axşam saat 18:00-da, İran vaxtilə 18:30-da baş tutan qarşılaşmada Təbriz təmsilçisi 2-0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, hazırda Türkiyənin Bolu şəhərində təlim-məşq düşərgəsində olan "Traxtur" komandası bundan əvvəl iyulun 18-də Türkiyənin "Sivasspor" komandasını da 4-0 hesabı ilə məğlub edib.