AZ

Şəkinin ürəyi baxımsız döyünür: Rəsulzadə prospektinin acınacaqlı durumu Video

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şəki kimi tarixi və turistik şəhərdə yolların vəziyyəti həm yerli sakinlər, həm də turistlər üçün önəmlidir. Lakin bu baxımdan şəhərin əsas küçələrindən biri olan Məmməd Əmin Rəsulzadə prospekti illərdir baxımsız və təmirsiz vəziyyətdə qalır. Hər gün yüzlərlə insanın istifadə etdiyi bu prospektin indiki durumu narahatlıq doğurur.

Yol örtüyünün köhnəlməsi, çalalar, toz-torpaq sakinlərin gündəlik həyatına ciddi çətinliklər yaradır. Avtomobil sürücüləri bu küçədən keçərkən həm avtomobillərinə ziyan gələcəyindən ehtiyat edir, həm də nəqliyyatın təhlükəsizliyinə görə narahat olurlar.

Daha da düşündürücü hal isə prospektin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan Məmməd Əmin Rəsulzadənin adını daşımasıdır. Belə bir dəyərlər daşıyan küçənin bu vəziyyətdə olması həm simvolik, həm də praktik baxımdan qəbuledilməzdir.

Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin cavab ala bilmədiklərini bildirirlər. Onların fikrincə, şəhərin mərkəzindən sayılan bu prospektin uzun illər təmir görməməsi sanki “gözə görünməmək” kimi qiymətləndirilir.

Şəkinin yerli icra orqanları, eləcə də Avtomobil Yolları Dövlət Agentliyi bu məsələni nə zaman gündəmə gətirəcək? Turizm potensialı ilə seçilən bir şəhərin yolları da ən az abidələri qədər baxımlı olmalıdır. Çünki ilk təəssürat çox zaman yollarla başlayır.

Sakinlər ümid edirlər ki, bu məsələ mətbuatda və sosial şəbəkələrdə işıqlandırıldıqdan sonra məsuliyyətli şəxslər hərəkətə keçəcək və Məmməd Əmin Rəsulzadə prospekti layiq olduğu təmir və diqqəti görəcək.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
96
bizimyol.info

1Mənbələr