AZ

46 yaşlı qardaşına çoxsaylı xəsarətlər yetirdi

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Seymur Nuriyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı 46 yaşlı Gündüz Nuriyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Seçilən
45
1
qafqazinfo.az

2Mənbələr