Bakı. Trend:
Oktyabr ayının sonunadək bütün banklar Az-QR standartakeçəcək.
Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bugün keçirilən mətbuat konfransında deyib.
"Bütün bankların ani ödəniş sisteminin yeni versiyasınainteqrasiyası üzrə işlər aparılır. Ölkə daxilində 40 min manatadəkbütün ödənişlərin məhz bu sistem vasitəsilə aparılmasınıplanlaşdırırıq", - o qeyd edib.
Sədr bildirib ki, bu, xərclərin, əməliyyatın maya dəyərininazaldılması deməkdir:
"Bu, böyük bir layihədir. Digər məsələ, oktyabr ayının sonunadəkbütün banklar Az-QR standarta keçəcək. Bütün ödəniş qəbul olunanməntəqələrdə sahibkarlara, istehlakçılara QR kodla ödəniş həyatakeçirmək imkanı yaradılacaq. Bu, kiçik və mikro sahibkarlar üçünböyük bir üstünlükdür. Biz Dövlət Vergi Xidməti ilə də danışırıqki, artıq bahalı POS terminalla yox,QR-la ödənişləri həyatakeçirmək imkanı verilsin".
"Hazırda ən böyük layihələrdən biri də ictimai nəqliyyatdaödənişlərin bütün kartlar vasitəsilə, həmçinin, QR kod vasitəsilədə həyata keçirilməsi üzrədir. Bu da nağd əməliyyatların həcminiazaldacaq.
Düşünürəm ki, bu layihələrin hər biri ilin sonunadəktamamlanacaq", - deyə sədr qeyd edib.