Kalxoz və sovxoz olmayan kənd təsərrüfatı tipli müəssisələrin əmrləri əsasında ayrılan torpaq sahələri qeydiyyata alına biləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova birifinq zamanı qeyd edib.
“Bilirsiniz ki, vaxtı ilə həm kalxozlar, həm sovxozların əmri ilə vətəndaşlara həyətyanı torpaq sahələri ayrılırdı. Təcrübə və təhlillər onu göstərdi ki, təsisatlanma forması kalxoz və savxoz olmayan çox sayıda kənd təsərrüfatı tipli müəssisələrin əmrləri əsasında da torpaq sahələri ayrılırdı. Bu tip sənədlərin də hüquqmüəyyənici sənəd hesab olunması vətəndaşlara həmin əmrlərlə müraciət edərək, torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasına imkan yaradacaq,”- Nigar Alimova əlavə edib.