2025-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 743,2 milyon manat olub.
Teleqraf xəbər verir, fond mənfəət neftinin və qazın satışından 4 milyard 974,3 milyon manat gəlir əldə edib.
Bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat təşkil edib.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 4 427,3 milyon manat, "Şahdəniz" yatağından (qaz və kondensat) isə 423,3 milyon manat məbləğində vəsait daxil olub.