Ölkə başçısı tərəfindən 16 iyul tarixində imzalanan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Fərmanı çərçivəsində 100 000 sənədsiz ev sənədləşdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova birifinq zamanı qeyd edib.
Nigar Alimova qeyd etdi ki, Fərmana edilən son düzəlişlər nəticəsində 100 minə yaxın vətəndaşa əmlak üzərində hüquqların qeydiyyata almasına imkan yaradacağı proqnozlaşdırılır:
“Bu fərman 100 minə yaxın sənədsi evin artıq rəsmiləşdirilməsi imkanını yaradır”.