BAKI, 23 iyul. TELEQRAF
ABŞ İranla birbaşa danışıqlara hazırdır və indi qərarı Tehran verməlidir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib.
O, ABŞ Prezidenti Donald Trampın fikirlərini xatırladaraq deyib ki, İran bu danışıqlardan fayda əldə edə bilər.
"Top artıq onların tərəfindədir. İran rəhbərliyi öz xalqı üçün sülh və rifah yolunu seçmək imkanı qarşısındadır. Biz də iranlılarla birbaşa dialoqa hazırıq", –Bryus vurğulayıb.
Diplomat əlavə edib ki, ABŞ bu məsələdə Britaniya, Fransa və Almaniya ilə birgə işləyir.