AZ

13 yaşlı ukraynalı qız 73 yaşlı italyandan hamilə qaldı: Qoca and-aman edir ki...

Korneuburq rayon məhkəməsi 14 yaşlı ukraynalı qıza qarşı seksual zorakılıq işi üzrə 73 yaşlı italiyalıya qarşı hökm çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə Avstriyanın APA agentliyin məlumat yayıb.

Qeyd edilir ki, kişi Ukraynada qurbanın ailəsi ilə tanış olub. Sonra ana və üç qızının 2022-ci ilin yayında Avstriyaya köçməsinə kömək edib. İtalyanın özü onlara yaxın ərazidə yaşayırmış.

O, qızlardan birinə xüsusi diqqət göstərməyə başlayıb. 2024-cü ilin əvvəlində qız babası yaşda kişi ilə "aşiq cütlük" kimi yaşamağa razı olub.

Hüquq-mühafizə orqanları italiyalını ötən ilin dekabrında, yeniyetmənin anası onun hamilə olduğunu biləndən sonra saxlayıb. Ehtimallara görə, qızın o zaman 13 yaşı olub. Gənc ukraynalı anasının təkidi ilə hamiləliyi dayandırıb. 73 yaşlı müttəhim sonsuz olduğunu və ata ola bilməyəcəyini bildirsə də, hələlik ekspertiza bu faktı təsdiqləməyib.

phrase_var_article.chosen
0
publika.az

1phrase_var_article.sources