Bu gün Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada tarixi bir hadisə baş tutacaq.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu hadisə taekvondo yarışlarının son günü ilə bağlıdır.
İlk dəfə bu multiforumda kişi, qadın və qarışıq formatlarda komanda yarışları keçiriləcək.
Azərbaycan komandası da hər üç kateqoriyada iştirak edəcək.
Kişilərdən ibarət komanda Ukrayna ilə qarşılaşacaq, qadın komandamız ABŞ ilə mübarizə aparacaq, qarışıq komanda isə Keniya ilə üz-üzə gələcək.
İdman.biz