AZ

Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, əlavənin verilmə müddəti 1 oktyabra kimi uzadılıb.

Seçilən
50
30
apa.az

10Mənbələr