Bakı. Trend:
Rəsmi Ankara regionun nəqliyyat infrastrukturunu gücləndirmək vəekoloji baxımdan davamlı inkişafı təmin etmək istiqamətində mühümbir addım atıb: Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi Kars -Iğdır - Aralık - Dilucu marşrutu üzrə strateji dəmir yolu xəttinintikintisi üçün təxminən 2,4 milyard avroluq “yaşıl” maliyyələşdirməmüqaviləsi imzalayıb. Bu xətt Türkiyəni Naxçıvanlabirləşdirəcək.
Türkiyənin nəqliyyat və infrastruktur naziri AbdulkadirUraloğlunun dediyinə görə, ayrılmış bu vəsait təkcə bir sərmayədeyil, həm də beynəlxalq ictimaiyyətin Türkiyənin hazırkı iqtisadisiyasətinə və investisiya proqramına yüksək etimadının açıqgöstəricisidir. Nazir vurğulayıb ki, Nəqliyyat və İnfrastrukturNazirliyi ölkənin logistika potensialını artırmaq və onun qlobalsəviyyədə rəqabət qabiliyyətini gücləndirmək məqsədilə iri miqyaslıinfrastruktur layihələrini ardıcıl şəkildə həyata keçirir.
Maliyyələşdirmə Yaponiyanın MUFG Bank-ının rəhbərlik etdiyibeynəlxalq kreditorlar konsorsiumu tərəfindən təmin olunub.Layihədə həmçinin İsveçin EKN və Avstriyanın OeKB adlı ixrac kreditagentlikləri, bir neçə aparıcı beynəlxalq bank və institusionalinvestorlar iştirak edir. Kreditin sığortalanması və zəmanətləriisə İslam İnkişaf Bankının tərkibində fəaliyyət göstərən və İƏTüzvü olan ölkələrdə davamlı inkişafa dəstək göstərən ICIEC - İslamİnvestisiya və İxrac Kreditləri Sığorta Korporasiyası tərəfindəntəmin edilir.
Layihə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi nəzdindəfəaliyyət göstərən İnfrastruktur İnvestisiyaları Baş İdarəsininkoordinatorluğu altında reallaşdırılır. Məqsəd - Türkiyə iləNaxçıvan arasında etibarlı və ekoloji cəhətdən dayanıqlı bir dəhlizyaratmaqdır. Bu dəhliz regionda ticarətin, logistikanın və sənayesahəsinin inkişafına töhfə verməlidir.
Uzunluğu 224 kilometr olan dəmir yolu xətti Kars şəhəriniAzərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsi iləbirləşdirəcək. Bu xətt regionun nəqliyyat karkasının mühüm elementiolacaq. Layihə, eyni zamanda, Şərqi Anadoluda yerləşən istehsalklasterlərinə beynəlxalq bazarlara birbaşa çıxış imkanı verəcək,logistika xərclərini azaldacaq və Türkiyənin şərq vilayətlərindəiqtisadi artım üçün güclü bir təkan rolu oynayacaq.
Türkiyə dəmir yollarının Naxçıvanla birləşdirilməsi layihəsiAsiya ilə Avropanı birləşdirən Orta Dəhliz strategiyasının birparçasıdır və bu kontekstdə Zəngəzur dəhlizi ilə birbaşa bağlıdır.Ankara tərəfindən bu layihəyə milyardlarla avro məbləğində maliyyəayırması, Türkiyənin Bakı ilə İrəvan arasında Zəngəzur marşrutuüzrə razılaşmanın tezliklə əldə olunacağına inamını göstərir. Dahaöncə bildirilmişdi ki, ABŞ administrasiyası bu dəhlizin yüz illikicarəyə verilməsi ideyasını irəli sürüb.
Ankaranın dəstəklədiyi plana əsasən, Ermənistan ərazisindənkeçərək Azərbaycanı Naxçıvanla birləşdirən 43 kilometrlik dəmiryolu və avtomobil hissəsinin idarəçiliyi bir ABŞ şirkətinə həvaləolunmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan da bu dəhlizinidarəçiliyinin erməni-amerikan birgə şirkəti tərəfindən həyatakeçirilməsini istisna etməyib. Azərbaycan isə qəti mövqeyinibildirib: Zəngəzur dəhlizindən Naxçıvanla maneəsiz əlaqə tamşəkildə təmin olunmalıdır.
Vaşinqtonda siyasi elitalar ABŞ prezidenti Donald Trampınadministrasiyası tərəfindən irəli sürülmüş Zəngəzur dəhliziniABŞ-nin geoiqtisadi və strateji alətinə çevirmək planını ciddimüzakirə etdikləri bir vaxtda, Türkiyə artıq hərəkətə keçib.Fokusda - Naxçıvanla quru əlaqə yaradılması perspektivinəəsaslanaraq, Türkiyənin nəqliyyat sistemini Naxçıvanlabirləşdirəcək dəmir yolu üçün ayrılmış çoxmilyardlıq beynəlxalqkreditdir.
Açıqlanan məlumatlara əsasən, Türkiyə Yaponiyanın MUFG Bank-ınınrəhbərlik etdiyi kreditorlar konsorsiumundan 2,4 milyard avroməbləğində kredit alıb. Bu müqavilənin özəlliyi yalnız məbləğindədeyil, həm də onun siyasi-iqtisadi strukturundadır: kreditə zəmanətverən qurumlar arasında İsveçin EKN ixrac agentliyi, AvstriyanınOeKB bankı və Ciddə mərkəzli İslam İnkişaf Bankının tərkibinə daxilolan ICIEC sığorta korporasiyası yer alır. Başqa sözlə, layihəyəTokio, Stokholm, Vyana, Ciddə və London kimi bir neçə maliyyəpaytaxtı cəlb olunub.
İnvestisiyaların məqsədi Kars - Iğdır - Aralık - Dilucu marşrutuüzrə dəmir yolunun tikintisidir. Bu nöqtədən Azərbaycan sərhədinəməsafə olduqca azdır. Layihəyə Türkiyənin Nəqliyyat vəİnfrastruktur Nazirliyi rəhbərlik edəcək, beynəlxalq maliyyəinstitutları ilə əlaqəni isə Maliyyə və Xəzinədarlıq Nazirliyikoordinasiya edəcək. Beləliklə, Ankara özünü Orta Dəhlizin - Çindənbaşlayaraq Mərkəzi Asiya, Xəzər, Cənubi Qafqaz və Türkiyə üzərindənAvropaya uzanan böyük nəqliyyat oxunun - tərkib hissəsinəçevirir.
Türkiyə bu bölgədə geosiyasi saatların öz xeyrinə işlədiyinihesablayır. Dəmir yolu layihəsi üçün ayrılmış kredit - Zəngəzurdəhlizinin reallığa çevriləcəyi ssenariyə verilmiş bir avansdır. Vəbu tənlikdə getdikcə daha qabarıq şəkildə özünü göstərən əsasoyunçu - Amerika Birləşmiş Ştatlarıdır. Məlumata görə, Ağ EvdəZəngəzur marşrutunun 100 il müddətinə icarəyə verilməsi və onunidarəsinin ABŞ-yə məxsus özəl şirkətə tapşırılması məsələsimüzakirə olunur.
Bu miqyasda bir icarə razılaşması ideyası ABŞ prezidenti Tramptərəfindən Avrasiya üçün yeni strategiyanın elementi kimibəyənilib. Hazırda müzakirə olunan konfiqurasiyaya görə,Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən 43kilometrlik hissə ya amerikalı şirkətə, ya da erməni-amerikankapitallı birgə struktura verilməlidir. İrəvan hələlikqeyri-müəyyən bəyanatlarla kifayətlənir, baş nazir Nikol Paşinyanisə yalnız “hibrid model” ehtimalını istisna etmir.
Bakı isə tam aydındır: Zəngəzur dəhlizi açıq, maneəsiz olmalı,üçüncü tərəflərin müdaxiləsi, Ermənistanın gömrük və sərhədnəzarəti istisna edilməlidir. Bu, nəzarət məsələsi deyil - bu,Azərbaycanın öz bölgəsi - Naxçıvanla quru əlaqə hüququdur. Buhüququ çətinləşdirən istənilən model, 10 noyabr 2020-ci il tarixliüçtərəfli Bəyanatın pozulması kimi qiymətləndirilir.
Yeni tranzit marşrutunun - Zəngəzur dəhlizinin Türkiyənin fəaliştirakı və ABŞ-nin strateji himayəsi ilə reallaşması Tehrandaciddi narahatlıq doğurur. İran Cənubi Qafqazda öz mövqeyi, tranzitloqistikası və ən əsası - regional təcrid riski ilə üz-üzədir.2025-ci ilə qədər İran Çin, Mərkəzi Asiya və Qərbi Avrasiyaarasında alternativ quru körpüsü kimi müəyyən sabitlik qoruyubsaxlayırdı. Amma bu balans sürətlə pozulur.
Son onilliklər ərzində İran münaqişə və böhran dövrlərindəehtiyat logistika dəhlizi rolunu oynayıb: İraq müharibəsindəntutmuş Rusiya əleyhinə sanksiyalara və Türkiyəyə qarşı təzyiqlərəqədər. İranın infrastruktur potensialı - Bəndər-Abbas, Çabaharlimanları və Kirman dəmir yolu qovşağı - regional təchizatzəncirlərinə daxil idi. Fəqət 2024-cü ildən etibarən güc mərkəzləridəyişməyə başladı. Azərbaycan və Türkiyə arasında Horadiz -Zəngilan - Mehri - Naxçıvan - Qars xətti üzrə tranzit imkanlarınıngenişləndirilməsi barədə imzalanmış sənədlər və ABŞ-dən gələninfrastruktur investisiyaları regionda yeni geoiqtisadi reallığıformalaşdırdı.
2025-ci ilin ilk altı ayında bu logistika xətti üzrə yükdövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42 faiz artıb.İran üçün bu, sadəcə tranzit gəlirlərinin azalması deyil - Şərq iləAvropa arasında mal axınlarına təsir imkanlarının əldənçıxmasıdır.
Maraqlıdır ki, layihə Çin təşəbbüsü olan “Bir kəmər - bir yol”strategiyası ilə formal şəkildə əlaqələndirilir. Halbuki İran bulayihədə Cənub qovşağı rolu oynayacağını düşünürdü. Lakin Çin,Türkiyə ilə toqquşmalardan yayınmaq və stabil, ucuz marşrutlaristədiyindən, 2025-ci ildən etibarən yüklərinin böyük hissəsiniXəzər və Azərbaycan üzərindən keçən yollara yönəltməyəbaşlayıb.
Çinin COSCO logistik şirkətinin məlumatına görə, 2025-ci ilinilk rübündə Sian şəhərindən Avropaya Azərbaycanın üzərindən keçənkonteyner daşımalarının həcmi 67 faiz artıb, İran üzərindən keçənmarşrutların payı isə 2017-ci ildən bəri ilk dəfə olaraq 20 faizdənaşağı düşüb.
Tehran üçün ən ağrılı məqam ABŞ-nin İran ətrafında “əngəlləməhəlqəsi” qurmağa çalışmasıdır - Mosuldan Cənubi Qafqaza qədər.İranın yurisdiksiyası xaricində bir dəhlizin formalaşması Tehrandabelə qiymətləndirilir: bu, İslam Respublikasını Cənubi Qafqazdankənarlaşdırmaq cəhdidir. Halbuki Tehran uzun müddətdir ki,Ermənistandakı dayaqları, Gürcüstandakı bəzi elitlərlə təmaslarıilə bu regionda aktiv mövqe tuturdu.
Vaşinqtondan səslənən bəyanatlar da bu şübhələri təsdiqləyir.ABŞ Dövlət Departamentinin Avrasiya infrastruktur əməkdaşlığı üzrənümayəndəsi 2025-ci ilin iyun ayında açıq şəkildə bildirib:“Dəhlizin məqsədi Qərblə qarşıdurma yaşayan ölkələrdən asılıolmayan dayanıqlı logistikanı təmin etməkdir”.
Bu, əslində belə deməkdir: nə İran, nə Rusiya; nəzarət Türkiyədəvə uzunmüddətli perspektivdə - Qərb fondları və ABŞ agentliklərininmaliyyələşdirdiyi infrastruktur arxitekturası. Birləşmiş Ştatlarıninvestiisiya və development şirkətləri Türkiyə və Azərbaycanlabirlikdə Qars - Naxçıvan - Zəngilan xətti üzrə nəqliyyatinfrastrukturunun inkişafı üçün 2,1 milyard dollar ayırmaq barədəsaziş imzalamağa hazır olduqlarını bəyan edirlər.
Bu, İran üçün təkcə iqtisadi itki deyil - həm də regionalarxitekturada "söz haqqı"nın əldən çıxmasıdır.
İran hakimiyyətini ən çox narahat edən isə ABŞ-nin Şimalsərhədləri boyunca mümkün hərbi və kəşfiyyat mövcudluğudur. İraqdasabitliyin olmaması, Əfqanıstandakı problemlər və Suriyada İsrailləqarşıdurma fonunda Tehran bölgədəki istənilən amerikalı logistikafəaliyyətini blokada və ya hətta əməliyyata hazırlıq kimi qəbuledir.
Unutmayaq ki, 2024-cü ildə İran kəşfiyyatı artıq ErmənistanınSünik bölgəsində amerikalı podratçıların fəaliyyəti barədə məlumatyaymışdı. Onlar guya “humanitar infrastruktur” adı altında ikilitəyinatlı avadanlıqlar gətirirdilər. 2025-ci ilin may ayında İranparlamentində Ermənistan hakimiyyətinə qarşı ittihamlar səsləndiki, guya onlar “infrastruktur layihələri bəhanəsi ilə MərkəziKəşfiyyat İdarəsinin bölgəyə daxil olmasına yol açır”.
İranın hərbi diskursunda fəal şəkildə radar sistemlərinin,logistika bazalarının və müşahidə məntəqələrinin yerləşdirilməsiriski müzakirə olunur - bunlar İranın şimalını və raket-pilotluqüvvələrinin hərəkətini izləmək potensialına malik ola bilər. SEPAHkomandanı general Hüseyn Səlami bəyan etmişdi: “Düşmənin yol vəkörpü tikintisi adı altında qapımıza qədər gəlməsinə imkanverməyəcəyik”.
İranın cavabı çoxşaxəlidir. Əvvəla, Tehran diplomatik təzyiqləriartıraraq İrəvanı ABŞ, Türkiyə və Azərbaycanla razılaşmalardançəkindirməyə çalışır. İranın Ermənistandakı səfiri 2025-ci iliniyul ayında Ermənistan Xarici İşlər Nazirliyində keçirilən qapalıbrifinqdə Sünikdəki nəqliyyat qovşağının ABŞ-yə verilməsini “İslamRespublikasının həyati maraqlarına müdaxilə” adlandırıb.
İkincisi, İran Moskva ilə koordinasiyanı gücləndirməyə çalışır,Rusiyanın Qərblə qarşıdurmasından faydalanaraq öz mövqeyinigücləndirmək istəyir. Lakin hazırkı şəraitdə Moskva özü də bölgədətəsir imkanlarını itirir və İrana real rıçaqlar təklif edə bilmir.Rusiya hərbi-siyasi resurslarını Ukrayna və Mərkəzi Asiyadacəmləşdirib.
Nəhayət, Tehran dini kartı da işə salır, İraqda, Livanda,Suriyada və Azərbaycanda anti-Qərb ritorikasını gücləndirməyəçalışır. Amma bu istiqamətdə də uğur zəifdir: Bakı dünyəvi kursunuqətiyyətlə davam etdirir, Türkiyə dini təsir kanallarını sərtşəkildə nəzarətdə saxlayır, İraq şiələri isə daxili böhranlarlaməşğuldur.
Zəngəzur layihəsinin hər yeni mərhələsində İran regiondakıgeoiqtisadi proseslərin daha çox kənarında qalır. Bu isə təkcədiplomatik gərginlik yaratmır, həm də sistemli zəifliklərə səbəbolur. İran nəinki logistika sahəsində, həm də regional gündəmimüəyyən etmək hüququnda uduzur. Son 30 ildə ilk dəfədir ki, CənubiQafqazın konturları İranın iştirakı olmadan formalaşır - bu isətəkcə logistikanı deyil, regionun təhlükəsizlik arxitekturasını dadəyişə bilər.
Qlobal təcrid və sürətlənən ABŞ infrastruktur ekspansiyasıfonunda, Tehranın əlində getdikcə daha az rıçaq qalır. Zəngəzurdəhlizinin reallığı - İransız bir reallıqdır. Məhz bu səbəbdən dəbu layihə Tehran üçün bu qədər ağrılıdır.
ABŞ-nin Zəngəzur dəhlizinə dair ideyası, elə bu ideyanın özübelə, Cənubi Qafqazda və ondan kənarda ciddi şübhələr doğurur.Erməni ekspertlər hesab edirlər ki, Vaşinqton Cənubi Qafqazdakıvəziyyətin mürəkkəbliyini və həssaslığını tam anlamır və ABŞ-ninstrateji dəhliz hissəsini icarəyə götürmək cəhdi daha çox piarkampaniyasını xatırladır, nəinki reallaşdırıla biləcək konkretsiyasi planı.
Bundan əlavə, Ermənistan dəmir yolları üzərində real nəzarəthələ də Rusiya Dəmir Yollarına (RJD) məxsusdur. Bu isə o deməkdirki, Moskvanın razılığı olmadan belə bir layihənin həyatakeçirilməsi praktiki olaraq mümkün deyil.
Zəngəzur dəhlizinin ABŞ tərəfindən icarəyə götürülməsi ssenarisiyalnız regionda deyil, onun hüdudlarından kənarda da rezonansdoğurur. Türkiyə - Azərbaycanın strateji tərəfdaşı kimi - artıqhesab edir ki, bu dəhliz mütləq açılacaq. Ankara artıq pul yatırır,yollar çəkir, infrastruktur qurur. Vaşinqton - geosiyasi layihələrqurur. Bakı - üçtərəfli razılaşmaların yerinə yetirilməsini tələbedir. Tehran - narahatlıq içindədir.
Cənubi Qafqaz yenidən “Böyük Oyun”un səhnəsinə çevrilib. Amma budəfə oyun nə neft, nə də hərbi baza üstündə gedir. Bu dəfəproseslər dəhlizlər uğrundadır.
Marşrutlar uğrunda, hansı ki, qarşıdakı yüz il ərzində kiminticarətə, investisiyalara, ideyalara və təsir rıçaqlarına sahibolacağını müəyyən edəcək.