Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan-Rusiya münasibətlərinə görə bu ilin ilk yarısı üzrə idxal və ixrac göstəricilərində o, cümlədən pul baratlarının həcmində hər hansı əhəmiyyətli dəyişiklik müşahidə edilməyib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
AMB sədrinin sözlərinə görə, Rusiya Azərbaycanın qeyri-neft sektorunda əsas ticarət tərəfdaşlarından biridir: “Bu sahədə əməliyyatlar Mərkəzi Bank tərəfindən diqqətdə saxlanılır”.