AZ

Türkiyədə meşə yanğınlarına görə 23 nəfər saxlanılıb

Türkiyədə 4-22 iyul tarixlərində baş verən 61 meşə yanğını faktına görə 23 nəfər saxlanılıb. Saxlanılanlardan dörd nəfər barəsində həbs qərarı verilib. Digərləri polis nəzarəti altında olmaqla sərbəst buraxılıblar.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında yazıb.

A.Yerlikaya son günlər baş verən meşə yanğınlarının əsas səbəbi haqqında da məlumat verib.

O, yerli sakinlərin otbiçənlə işləyərkən ətrafa yayılan qığılcımların yanğınlara səbəb olduğunu bildirib.

Seçilən
42
moderator.az

1Mənbələr