İstanbuldakı Çırağan Sarayının ərazisində çadırlar quraşdırılmağa başlanıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilir ki, çadırlarda Rusiya və Ukrayna danışıqlarının üçüncü raundu keçirilə bilər.
Çadırların fasadı “İstanbul 23 iyul 2025-ci il” simvolları ilə tərtib olunub.
Sarayın ərazisinin mühasirəyə alınmadığı qeyd olunur. Binanın yaxınlığında isə əlavə təhlükəsizlik tədbirləri yoxdur.