Olaylar.az xəbər verir ki, Sırski "The Washington Post" qəzetinə müsahibəsində Ukrayna ordusunun Kursk vilayəti istiqamətində keçirdiyi hərbi əməliyyatlar nəticəsində Rusiya Silahlı Qüvvələrinin ciddi itkilər verdiyini bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən hücum əməliyyatları nəticəsində azı 80 min rus hərbçisi həlak olub, ya da yaralanıb.
Sırski qeyd edib ki, Ukrayna ordusu düşmənin canlı qüvvəsi və texnikasına maksimum zərbə endirməyə çalışır və bu məqsədlə həm taktiki, həm də strateji səviyyədə yeni yanaşmalar tətbiq olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31