AZ

Azərbaycanın pambıq lifi ixracından gəlirləri 15%-ə yaxın azalıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilmiş pambıqlifinin miqdarı 69,5 min ton olub.

Trend-inDövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bumiqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 100,2 milyonABŞ dolları olub.

Pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdarifadəsi ilə 6,5 min ton və ya 8,5%, dəyər ifadəsi ilə 17,4 milyonABŞ dolları, yaxud da 14,8% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan ixracedilən pambıq lifinin miqdarı 76 min ton, dəyəri isə 117,6 milyonABŞ dolları təşkil edib.

Qeyd edək ki, hesabat dövründə ixrac edilən pambıq lifinin ümumiixracda payı 0,78%, qeyri-neft sektoru üzrə ixracda payı isə 5,71%olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
74
1
az.trend.az

2Mənbələr