AZ

“Apple Watch” sahiblərinin yuxusuna qiymət verəcək VİDEO

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az “MacRumors” nəşrinə istinadən xəbər verir ki, qarşıdakı “iOS 26” əməliyyat sisteminin kodunda bunun şəhadəti tapılıb. Kəşf “MacRumors” nəşrinin müəllifi Stiv Mozer tərəfindən edilib. Sağlamlıq proqramının kodunda o, “84” rəqəmini əks etdirən “Apple Watch”un gizli şəklini tapıb. Nömrə, ehtimal ki, saatın izlədiyi yuxu mərhələlərinə uyğun gələn üç rəngli zolaqla əhatə olunub: oyaqlıq üçün narıncı, tez yuxu üçün açıq mavi, dərin və ya əsas yuxu üçün tünd mavi. “Görüntü faylının adı – “Watch Focus Score”, bunun yuxu ilə əlaqəli hesab olduğunun aydın göstəricisidir. “Fokus” sözü o demək ola bilər ki, funksiya təkcə istirahəti qiymətləndirməyəcək, həm də istifadəçinin gecə yuxusunun keyfiyyətinə əsasən gün ərzində nə qədər məhsuldar və diqqətli ola biləcəyini proqnozlaşdıracaq”, - Stiv Mozer vurğulayır. Bir çox rəqiblərin fitnes izləyiciləri indi istifadəçilərə yuxunun qiymətləndirilməsini təklif etsə də, “Apple Watch”da hələ də yoxdur. “Apple”ın saatı yuxu fazalarını izləyə və yataqda sərf olunan vaxt haqqında məlumat təqdim edə bilər, lakin bu məlumatı vahid hesabda birləşdirmir. Əlavə bir detal qrafikanın yanında görünən termometr işarəsidir. Bu, xallar hesablanarkən bilək temperaturu məlumatları kimi digər ölçülərin nəzərə alınacağını göstərə bilər. Lakin bu, hələ rəsmi açıqlama deyil. Ola bilsin ki, şəkil “Apple”ın buraxa bilməyəcəyi fərqli xüsusiyyət və ya layihənin bir hissəsi üçündür. Bununla belə, bu, “watchOS”un gələcək versiyalarında çoxdan gözlənilən xüsusiyyətə işarə edən ilk böyük məlumat sızmasıdır. Sahil İsgəndərov

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

phrase_var_article.chosen
12
azvision.az

1phrase_var_article.sources