AZ

“İnflyasiya proqnozunda sürpriz yoxdur” - Taleh Kazımov

“2025-ci ilin altı ayına əsasən, illik inflyasiya 6% təşkil edib”.

“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Bu, AMB-nin proqnozlarına uyğundur. Sürpriz yoxdur. Baza inflyasiya ilin ilk 6 ayında 4,8% təşkil edib. Nominal effektiv məzənnənin möhkəmlənməsi nominal əsasda 1,9% olaraq inflyasiyaya 0,52% azaldıcı təsir edib.

İllik inflyasiyanın 2025-ci ildə 5,7%, 2026-cı ildə isə 5,3% olacağı gözlənilir”, - sədr qeyd edib.

Seçilən
136
2
qafqazinfo.az

4Mənbələr