AZ

Qardaş borcu Özcan Dənizə baha başa gəldi

Türkiyəli müğənni və aktyor Özcan Dəniz ailədaxili mübahisələrə görə ciddi maliyyə böhranı ilə üzləşib.

Publika.az xəbər verir ki, qardaşı Ercan Dənizin ödənilməmiş borclarına görə Özcan Denizin bütün əmlak və gəlirləri məhkəmə qərarı ilə müsadirə olunub.

Sənətçinin artıq bank hesablarına və kredit kartlarına çıxışının olmadığı iddia edilir. Hüquqşünası bildirib ki, bank ilkin mərhələdə borclu Ercan Dənizə məxsus əmlakları təqib etməli olduğu halda, birbaşa zaminə, yəni Özcan Denizə qarşı girov iddiası irəli sürüb. Bu isə hüquqi baxımdan suallar doğurur.

Məhkəmədən çıxarkən qısa açıqlama verən sənətçi emosiyalarını gizlədə bilməyib: “Bu, Ercan Dənizin ilk xəyanəti deyil. Keçmişimi oğurlayan Ercan və arvadları indi mənim gələcəyimi oğurlamağa çalışırlar. Buna heç vaxt icazə verməyəcəyəm”.

Bu məsələyə görə sənətçi bir sıra serial və konsert layihələrini təxirə salıb.

phrase_var_article.chosen
12
4
publika.az

8phrase_var_article.sources